Modern.az

Turistlərə elektron vizaların verilməsi qaydalarında DƏYİŞİKLİK

Turistlərə elektron vizaların verilməsi qaydalarında DƏYİŞİKLİK

16 Mart 2020, 12:45

Azərbaycanda "Turizm haqqında" qanuna turizm vizası və turistlərə elektron vizaların verilməsi ilə bağlı dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan dəyişikliklərdə öz əksini tapacaq.

 

Hazırkı qanunda qeyd edilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir.

 

Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Yeni layihədə isə qeyd edilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş gün müddətində, birdəfəlik elektron vianın sürətləndirilmiş qaydadad alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır. İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.

 

Qanuna dəyişikliklərin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli fərmanı ilə təasdiqlənmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"nin tələblərindən irəli gəlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et