Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 17 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.

 

Sabaha olan cədvəli təqdim edirik:

 

Azərbaycan bölməsi üzrə

 

I sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi;

 

II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

 

III sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

 

IV sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 

 

VI sinif – Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Biologiya;

 

X siniflər üçün isə Kimya, İngilis dili, Coğrafiya və Biologiya dərslərini izləyə biləcəklər.

 

Rus bölməsi üzrə dərslər saat 14:00-dan etibarən yayımlanacaq.

 

II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi;

 

VI sinif – Rus dili, Fizika, Biologiya;

 

VII sinif – Riyaziyyat, Biologiya, Coğrafiya;

 

IX sinifləri - Rus dili, Riyaziyyat, Kimya dərslərini izləyə bilərlər.