Modern.az

Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan olundu

Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan olundu

16 Mart 2020, 15:58

Ermənistan ərazisində martın 16-dan başlayaraq 1 ay müddətində fövqəladə vəziyyət elan olunub.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə hökumətin növbədənkənar iclasında qərar qəbul edilib.

 

Fövqəladə vəziyyət bu gün saat 17:00-dan başlayaraq aprelin 16-ı sahat 09:00-dək davam edəcək.

 

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et