Modern.az

Azərbaycan iqtisadi azadlıq indeksində irəliləyib

Azərbaycan iqtisadi azadlıq indeksində irəliləyib

Aktual

18 Mart 2020, 09:58

“Azərbaycan ABŞ-ın İrs Fondunun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlib”.

 

Modern.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. V.Qasımlı Azərbaycanın “İqtisadi azadlıq indeksi”nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölklərini geridə qoyduğunu deyib:

 

“Azərbaycan dünyada “İqtisadi azadlıq indeksi”ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır: “Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik. Çünki “İqtisadi azadlıq indeksi”nin tarixində Azərbaycan azad ölkələrin sırasında mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın bu irəliləyişi biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə əsaslanır. Ölkəmiz “İqtisadi azadlıq indeksi”nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölklərini geridə qoyub, Avropa regionunda “İqtisadi azadlıq indeksi”ni ən çox yaxşılaşdıran ölkə kimi qiymətləndirilib. Azərbaycanın “İqtisadi azadlıq indeksi” Avropanın orta göstəricisinə təxminən bərabərdir. Bu ildən etibarən “İrs Fondu” Azərbaycanı Asiya-Sakit okean deyil, Avropa ölkəsi kimi qiymətləndirib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...