Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinə göstəriş verib.
BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-a verilən məlumata görə, əksepidemik işlərin geniş formada aparılması ilə bağlı 20-dən artıq taksi şirkətinə tapşırıq verilib.
Tapşırıqlara əsasən, Bakıda taksi kimi fəaliyyət göstərən 3 mindən artıq nəqliyyat vasitəsinin mütəmadi olaraq dezinfeksiyası təmin edilib: “Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdirilir".