Rusiyada yeni koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Moskva şəhərində 79 yaşlı qadın koronavirusdan həyatını itirib.
Qeyd edək ki, martın 18-nə olan məlumata əsasən Rusiyada yeni növ koronavirusa 147 nəfər yoluxub. Son sutkada 33 yoluxma halı qeydə alınıb, 5 nəfər sağalıb.