Modern.az

Fransadakı səfirliyimizdən bu ölkədə yaşayan azərbaycanlılara müraciət

Fransadakı səfirliyimizdən bu ölkədə yaşayan azərbaycanlılara müraciət

19 Mart 2020, 15:17

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciətdə Fransada olan, Vətənə qayıtmaq istəyən və konsulluqda qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarından səfirliyimizin konsulluq şöbəsinin 0033 6 05 90 35 87 nömrəli “qaynar xətt”inə zəng edərək qeydiyyatdan keçmələri xahiş olunur.

 

Vətəndaşların qeydiyyatına əsasən Fransadan Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa çarter reysinin təşkil olunması nəzərdə tutulur.

 

Çarter reysi haqqında əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et