Modern.az

Prezident Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayırdı

Prezident Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayırdı

19 Mart 2020, 15:58

Preezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında sərəncam imzalayıb. 

 

Modern.az-ın xəbərinə görə, sərəncama əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et