Modern.az

Şiyavuş Novruzovdan Ziyafət Əsgərovun təklifinə dəstək

Şiyavuş Novruzovdan Ziyafət Əsgərovun təklifinə dəstək

19 Mart 2020, 21:08

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Şiyavuş Novruzovdan  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun təklifinə dəstək gəldi.

Modern.az -ın məlumatına görə, deputat bildirib ki, bu çox çiddi məsələdir və hər birimiz bu təklifə dəstək verməliyik:
"Bu təkcə Ziyafət Əsərovun təklifinə dəstək deyil, həm də bir-birimizə dəstəkdir. Mən nəinki 1 aylıq, hətta 2 ayllıq məvacibimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyəm".

Qeyd edək ki,  Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov özünün 1 aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyini bildirib.

 

Deputat qeyd edib ki, imkanı olan hər bir şəxs bu fonda öz maddi dəstəyini göstərməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et