İtaliyada koronavirusdan ölənlərin sayı 3405-ə çatdı. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu isə COVİD-19 koronavirusundan ölənlərin sayına görə İtaliyanın Çini keçməsi deməkdir.
Hazırda İtaliyada koronavirusla bağlı əsl fəlakətdir. Bu ölkədə 33200 nəfər koronavirusa yoluxub. Son sutkada yeni yoluxanların sayı 4500 nəfər artıb. Statistikaya görə, hər 4,5 testdən birinin cavabı müsbətdir.
Dünyada koronavirusdan ölənlərin sayı:
İtaliya: 3.405
Çin: 3.245
İran: 1.284
İspaniya: 803
Fransa: 264
ABŞ: 171