Modern.az

Azərbaycanda günəş və külək elektrik stansiyalarının istehsalı azalıb

Azərbaycanda günəş və külək elektrik stansiyalarının istehsalı azalıb

23 Mart 2020, 11:52

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 17 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% azdır.

 

Modern.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-fevral ayları ərzində günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 4,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (azalma 7,8%).

 

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-fevral aylarında 4355,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 4079,4 mln. kVt-saatı istilik (artım 6,5%), 124,4 mln. kVt-saatı su elektrik (azalma 31,4%) stansiyaların payına düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi