"Qalatasaray"da daha 3 nəfər koronavirusa yoluxub.
Modern.az-ın məlumatına görə, komandanın iki məşqçisi və bir futbolçusu karantinə alınıb.
Məşqçilər Ümit Davala, Hasan Şaş və adı açıqlanmayan bir oyunçunun testinin nəticəsi müsbət çıxıb. Onlar artıq həkim nəzarətinə alınıblar.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də koronavirus xəstəliyinə yoluxub.