Modern.az

Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir”

Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir”

Aktual

2 Aprel 2020, 22:17

“Bütün mobil operatorlar, eləcə də internet provayderlər karantin rejimində fövqəladə rejimdə çalışmaq üçün tam hazırdır”.


Modern.az xəbər verir ki, bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirnin müavini Elmir Vəlizadə bildirib.



E.Vəliyev qeyd edib ki, şəbəkədəki bütün mobil operatorlar xüsusi karantin rejiminin son qərarları barədə xəbərdar edilib:

“8103 SMS nömrəsi şəbəkədə tanıdılıb. Vətəndaşlar bütün mobil operatorların şəbəkəsindən bu SMS nömrələrini daxil edərək yaşayış yerini tərk etməklə bağlı icazə ala biləcəklər. Bu sahədə heç bir problem olmayacaq”.

Nazir müavinin sözlərinə görə, ölkədə internetdən və mobil internetdən istifadə yüksək şəkildədir:

“Biz bu günlərdə əhalinin evdə oturaraq, bu vasitələrdən istifadəsində artım müşahidə edirik, yəni trafikdə artım var. Əhalinin 60-70 faizi smartfonlardan istifadə edir, ümumilikdə əhalinin 100 nəfərinə 106 mobil telefon düşür. Bu o deməkdr ki, SMS xidməti hər kəs üçün əlçatan olacaq. Güman edirik ki, yaşlı təbəqədən olanlar üçün də problem olmayacaq. Çünki yaşlılar üçün sosial xidmətlər göstərilir. Ümid edirik ki, smartfonalrın görüntülü xidmətlərindən yararlanan vətəndaşlarımız ziyarətlərdən çəkinəcəklər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI