Modern.az

Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü

Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü

5 Aprel 2020, 19:07

Liviyanın keçmiş Baş Naziri Mahmud Cibril koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Misirin paytaxtı Qahirədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

68 yaşlı Cibrilin koronavirus testinin pozitiv çıxması barədə martın 26-da açıqlama verilmişdi.   

 

Xatırladaq ki, Mahmud Cibril Liviyanın Keçid Milli Şurasında ilk Baş Nazir olub. O, Milli Güclər İttifaqı Partiyasının sədri idi.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI