Modern.az

24 aprel Bütöv Azərbaycan Gənclər Günüdür

24 aprel Bütöv Azərbaycan Gənclər Günüdür

24 Aprel 2012, 11:40

Bu gün - 24 aprel Bütöv Azərbaycan Gənclər Günüdür. Bu gün 1997-ci ildən Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə qeyd olunmağa başlayıb.

Böyük Azərbaycan Ocaqlarının təmsilçisi Zahir Əlisoyun Modern.az-a verdiyi açıqlamaya görə 24 aprel günün seçilməsi təsadüfi olmayıb: “Məlumdur ki, bütün ermənilər bu günü “erməni soyqırımı” günü kimi qeyd edirlər və dünyaya da bunu belə qəbul etdirməyə çalışırlar. 1997-ci ildə Əbülfəz Elçibəy hələ Kələkidə olarkən, onu ziyarətə getmiş bir qrup gənclə görüşündə 24 aprelin Bütöv Azərbaycan Gənclər Günü olaraq qeyd edilməsi fikrini irəli sürüb və həmin görüşdə də belə bir qərar qəbul edilib. Məqsəd isə ermənilərin yalançı soyqırımı ilə bağlı apardığı kampaniyaya bir növ zərbə vurmaq, o taylı, bu taylı Azərbaycan gəncliyini bütövlük ideyası ətrafında birləşdirmək olub”. Z.Əlisoyun sözlərinə görə indi həm Güney, həm Quzey Azərbaycanda, eləcə də Türkiyədə və Avropada milli düşüncəli gənclər 24 apreli  Bütöv Azərbaycan Gənclər Günü kimi qeyd edirlər: “Gün gələcək Bütöv Azərbaycan qurulacaq və bu bayram bütün Azərbaycan gəncliyinin bayramına çevriləcək”.  


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi