Rusiyada 3 yaşadək uşağı olan ailələrə yardım ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Sərəncama görə, aprel-iyun ayları ərzində ailələrə 3 yaşadək hər uşağa görə 5 min rubl (təxminən 112 manat) pul veriləcək.
Bu ödənişlər üçün oktyabrın 1-dək edilən müraciətlər də nəzərə alınacaq.