Modern.az

ABŞ-dan ANTİREKORD: Koronavirusdan ölənlərin sayı 19 715-ə çatdı

ABŞ-dan ANTİREKORD: Koronavirusdan ölənlərin sayı 19 715-ə çatdı

11 Aprel 2020, 21:00

Dünyada koronavirus qurbanlarının sayı hər gün artır.  Bir həftədən artıq koronavirusdan ölüm sayına görə, dünyada ilk yerlərdə olan İtaliya və İspaniyada vəziyyət nisbətən sabitləşib.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, artıq Amerika Birləşmiş Ştatları dünyada koronavirusdan ölənlərin sayına görə İtaliyanı qabaqlayaraq birinci olub.

 

ABŞ-da federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, indiyədək ölkədə koronavirusdan 19 715 ölüm qeydə alınıb.

İtaliyada isə pandemiya qurbanlarının sayı 19 468 nəfər təşkil edir.

ABŞ-da 503 400 nəfər COVID-19 infeksiyasına yoluxub, 29 223 xəstə sağalıb. İtaliyada isə 147 577 insana koronavirus diaqnoz qoyulub, 30 455 nəfər sağalıb.

Qeyd edək ki, cümə günü Birləşmiş Ştatlarda koronavirusdan ölüm sayında antirekord qeydə alınıb. Ölkədə bir gün ərzində 2 108 nəfər pandemiyanın qurbanı olub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...