Modern.az

Türk Hava Yolları uçuşları bərpa edir: BİLET SATIŞI BAŞLADI

Türk Hava Yolları uçuşları bərpa edir: BİLET SATIŞI BAŞLADI

12 Aprel 2020, 00:29

Türk Hava Yolları mayın 1-dən ölkədaxili uçuşları bərpa edəcək.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət koronavirusun yayılmasının qarşısını almaq üçün  görülən tədbirlər çərçivəsində dayandırılan  uçuşlar üçün bilet satışına başlayıb.

 

Belə ki, Türk Hava Yollarının turizm agentliklərinə göndərdiyi məktubda, bütün daxili uçuşların mayın 1-dən bərpa ediləcəyi bildirilib.


İstanbul-Ankara, İstanbul-İzmir kimi bəzi reyslər üçün isə  aprelin 20-dən uçuşlar həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir