Modern.az

Teymur Rəcəbov da onlayn turnirdə iştirak edəcək

Teymur Rəcəbov da onlayn turnirdə iştirak edəcək

12 Aprel 2020, 16:09

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi onlayn turnirdən kənarda qalan Azərbaycan şahmatçısı Teymur Rəcəbov başqa bir analoji yarışa qatılacaq.

 

Modern.az-ın məlumatına görə, 33 yaşlı qrossmeyster ispaniyalı Pepe Kuensanın dəvətini qəbul edib. 8 şahmatçının iştirak edəcəyi yarış bu gün start götürəcək. Olimpiya sistemi ilə keçiriləcək turnir 1/4 final mərhələsindən başlayacaq. 

 

Rəcəbovun ilk sınağı Bakı vaxtı ilə saat 19:00-da İspaniya şahmatının parlayan ulduzu David Antona qarşı olacaq.

 

Qeyd edək ki, şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik görüşə çıxacaqlar. Oyunçular qarşılaşma zamanı danışa bilməzlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir