Modern.az

Dövlət Miqrasiya Xidməti əcnəbi ailələrə ərzaq bağlamaları payladı - FOTO

Dövlət Miqrasiya Xidməti əcnəbi ailələrə ərzaq bağlamaları payladı - FOTO

15 Aprel 2020, 11:59

Aztəminatlı əcnəbi ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə ərzaq yardımı edilib.

 

Bu barədə Modern.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən xeyriyyə aksiyası təşkil olunub.

 

“Elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq “Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən Azərbaycanda sığınacaq almış,  qaçqın statusu ilə yaşayan aztəminatlı əcnəbi ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə dəstək məqsədilə xeyriyyə aksiyası təşkil olunub.

 

Aksiya çərçivəsində Miqrasiya könüllülərinin iştirakı ilə bu qəbildən olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onların digər ehtiyaclarının təmin olunması həyata keçirilib”.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...