İşsiz kimi qeydiyyata alınan şəxslər üçün aprelin 9-dan etibarən və gündəlik olaraq birdəfəlik ödəmə vəsaitlərinin bank və poçt filiallarına köçürülməsinə başlanıb və artıq 100 min işsiz şəxs üçün bu vəsaitin köçürülməsi həyata keçirilib.
Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, ümumilikdə işsizlərə ödənilən vəsaitin məbləği 19 milyon manatdır.
9 apreldə 10 min, 10 apreldə 10 min, 11 apreldə 15 min, 12 apreldə 20 min, 13 apreldə 20 min, 14 apreldə 25 min şəxsin hər birinə 190 manat vəsait ödənilib.