Modern.az

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi

Aktual

15 Aprel 2020, 14:06

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün rəsmi “Instagram” səhifəsində Türkiyəyə təşəkkür edib.

Modern.az-ın məlumatına görə, Birinci vitse-prezident Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsində Azərbaycan Respublikasının bayrağının işıqlandırılmasını nəzərdə tutaraq paylaşımda qeyd edib:

"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi