Modern.az

ABŞ-da qocalar evində 6 min 900 nəfər koronavirusdan ölüb

ABŞ-da qocalar evində 6 min 900 nəfər koronavirusdan ölüb

Aktual

18 Aprel 2020, 10:54

ABŞ-da qocalar evində yaşayan 6 min 900 nəfər koronavirusdan həyatını itirib.

 

Modern.az “Nyu-York Tayms” qəzetinə istinadən xəbər verir ki, ABŞ-da  mövcud pandemiyanın “episentr”i qocalar evi hesab oluna bilər.

 

Belə ki, virusdan dolayı ölən 6 min 900 nəfər ölkədəki itkinin beşdə birini təşkil edir. Buna səbəb kimi yaşlı insanların immun sisteminin zəif olması ilə bərabər onlara qulluq edən personalın da say etibarilə az olması göstərilir.

 

Qeyd edək ki, ABŞ-da 15600 qocalar evi var ki, bu evlərdə də 1.3 milyon nəfər insan yaşayır.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...