Modern.az

ÜST-dən vəhşi heyvan bazarları ilə bağlı xəbərdarlıq - Bağlanmalıdır!

ÜST-dən vəhşi heyvan bazarları ilə bağlı xəbərdarlıq - Bağlanmalıdır!

Aktual

18 Aprel 2020, 15:26

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəhşi heyvan bazarlarının bağlanmalı olduğunu bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni növ virusların 70 faizinin heyvanlardan insanlara ötürüldüyünün təxmin edildiyini deyən ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesu pandemiyanın daha çox yayılmasının qarşısını almaq üçün bazarlarda vəhşi heyvanların satışının aparılmasının dayandırılmasını söyləyib. Ghebreyesu, ilk yoluxma hallarının  Çinin Vuhan şəhərində oxşar bazarlarda aşkar edildiyini və bu bazarların dünyada milyonlarla insanın vacib məşğulluq və qida mənbəyi olduğunu deyərək, ancaq ciddi qida təhlükəsizliyi və gigiyena standartlarına riayət etdikləri təqdirdə yenidən açılmasının lazım olduğunu qeyd edib.

 

Ghebreyesu, ÜST-ün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə birlikdə bu cür bazarların təhlükəsiz işləməsinə görə təlimatların hazırlanması üçün çalışdığını da bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...