Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, aprelin 27-dən etibarən bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa olunur. Bunların siyahısında geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı da var.
Həmin tarixdən etibarən kosmetika və ətriyyat satışına da icazə veriləcək.
Amma qeyd edildiyi kimi, Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.