Modern.az

Bərdədə qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu

Bərdədə qəzada ölən və yaralananların şəxsiyyəti məlum oldu

26 Aprel 2020, 17:35

Bərdənin Göbər kəndi ərazisində baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. 

 

Modern.az-ın verdiyi məlumata görə, qəza zamanı Bərdə rayon sakini Elnur Asif oğlu Cəfərov hadisə yeridə ölüb.

 

Qəza zamanı habelə Behbud Məmmədov və Seymur Cəfərov isə ağır xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirirlər.

 

Qeyd edək ki, “VAZ-2107” markalı avtomobili ilə "Nissan" markalı minik maşını toqquşub. 

 

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər