Bu gün Ramazan ayının 8-ci günüdür.

 

Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 2-də Bakıda imsak saat 03:58, iftar isə saat 19:52-dədir.

 

Ramazan ayının 8-ci gününün duası:

 

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

 

Tərcüməsi:

 

"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"

 

Allah orucunuzu qəbul etsin!