Modern.az

Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

6 May 2020, 10:54

Bakıda velosiped oğurlayan şəxs saxlanılıb.

 

Modern.az-ın  məlumatına görə, Nizami rayonu, M.Səfərli küçəsində yaşayan R.Yusufov polisə müraciət edərək bildirib ki, ona məxsus dəyəri 1 150 manat olan iki velosiped naməlum şəxs tərəfindən oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü Orxan Məmmədov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU