Modern.az

Azərbaycanda bu toplara ehtiyac var - Ekspertdən təklif

Azərbaycanda bu toplara ehtiyac var - Ekspertdən təklif

Aktual

11 May 2020, 13:15

Aprel ayından bu yana ölkə ərazisində  havaların dəyişkən və şaxtalı keçməsi bir çox rayonlara qar yağması ilə nəticələnib. Belə ki, son həftələrdə ölkədə hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb. Bəzi rayonlarda yağıntı aylıq normanın 50 faizinə bərabər olub.

 

Maraqlıdır, qeyri-sabit hava şəraiti kənd təsərrüfatının ayrı-ayrı sahələrinə necə təsir göstərir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, anomal hava şəraiti təsərrüfatın müxtəlif sahələrinə ziyan vurur:

 

“Hazırda xüsusilə dağ rayonlarında qar yağır və həmin qarın indiki halda yalnız meyvə bitkilərinə təsiri olur. Hansı meyvələrin ki, çiçəklənmə dövrü tam başa çatmayıb, yağan qar onlara ziyan vurur. İntensiv yağışların yağmasının da bağçılığa təsiri olur. Yəni güclü külək ağacları sındırır, yeni əmələ gəlmiş meyvələrə mənfi təsir edir. Amma hər şeyi təbiətə bağlamaq da düzgün olmazdı. Bütün zamanlarda yaz fəslində belə intensiv yağışlar, qar yağır, dolu düşür. Təbii ki, bu zamanlarda da bitkilərdə hava dəyişimi ilə əlaqədar stress yaranır. Aqrotexniki qaydalara əməl etmək lazımdır ki, bu halların qarşısı alınsın. Yəni məhsulun zəif olmasını yağış, yaxud da qarla bağlamaq olmaz.

Uzun illərdir deyirik ki, dolu düşməsinin qarşısını almaq üçün toplar var. Bu toplar əksər ölkələrdə də istifadə olunur. Qonşu ölkə Gürcüstanda dolu tez-tez düşür deyə elə sistem yaradılıb ki, dolu düşməmişdən qabaq həmin sistem işə düşür və buluda atəş açılır. Atəş nəticəsində də həmin dolu torpağa yağış formasında düşür. Bununda əkinçiliyə, ümumilikdə aqrar sahəyə müsbət təsirləri çox olur. Biz bu haqda təklif vermişik, amma təəssüf ki, təklif hələ qəbul olunmayıb. Qar yağanda, intensiv yağışlar yağanda da hansı tədbirlər görülməlidirsə, bu barədə də təkliflər irəli sürmüşük. Neçə ildir deyirik ki, qoruyucu meşə zolağı salınmalıdır. Baxmayaraq ki, Azərbaycanda da bu istiqamətdə formal işlər görülür, amma əksər ölkələrdə artıq qoruyucu meşə zolağı əkin sahələri boyunca salınıb ki, əkin sahələrinə mənfi hava şəraitinin təsiri olmasın. Yəni kəskin hava şəraitindən qorunmaq üçün aqrar sahədə görülə biləcək çox iş var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal