"Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov "EuroHome" ticarət mərkəzindəki yanğınla bağlı sualı cavablandırarkən bildirib.
E.Rüstəmov qeyd edib ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir:
"Bu günlərdə “Eurohome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərən, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kimin sığortası varsa, kompensasiya alacaq”.