Koronovirus pandemiyası ilə əlaqəli məhdudiyyətlərin yumşadılmasından sonra geniş kinoteatr prokatına çıxacaq ilk film Rassel Krounun iştirakı ilə çəkilmiş “Qəddar” filmi olacaq.
Modern.az xəbər verir ki, “Solstice Studios” kinoşirkətinin yaydığı məlumata görə, iyulun 1-də premyerası baş tutacaq filmin nümayişinə tamaşaçların təxminən 80%-nin gələcəyi gözlənilir.
Rejissor Derrik Bortinin lentə aldığı filmdə hadisələr şossedə ilk baxışdan adi görünən konfliktlə başlayır. Amma adi mübahisə amansız təqibə çevrilir.
Şirkətin baş direktoru Mark Gillin sözlərinə görə, psixoloji triller janrında çəkilmiş filmin büdcəsi 33 mln dollar təşkil etdiyindən, prokatdan toplanacaq 30 mln dollar belə, onları qane edəcək.
“Ola bilsin ki, 2000 kinoteartla biz bu nəticəni əldə edə bilməyək. Onda bizə 8000 kinoteatr lazım olacaq. Filmin ekranlara çıxacağı dövrdə prokatda təkcə bu yeni filmin olması lazım olan qədər kinoteatr əldə etməyimizə şərait yaradacaq”,- deyə Gill bildirib.
Kinoşirkət həm də tamaşaçıların zallarda bir nəfərdən-bir oturacağını nəzərə alaraq, kinoteatrların sayını artırmaq hesabına gəlirlərin azalmasını kompensasiya etmək istəyir. Tamaşaçıların “şahmat qaydası” ilə əyləşməsi kinoteatrların gəlirinin də 50% aşağı düşməsinə səbəb olacaq.
A.Qorxmaz