Modern.az

Bu gün 198 vətəndaşımız Ukraynadan gətirilir

Bu gün 198 vətəndaşımız Ukraynadan gətirilir

14 May 2020, 17:56

Bu gün Ukraynadan 198 nəfər vətəndaşımız Azərbaycana təxliyyə olunacaq.

 

Modern.az xəbər verir ki, bunu “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” sədrinin müavini Murad Cəfərov bildirib. Diaspor nümayəndəsi təxliyyə prosesinin davam edəcəyini də qeyd edib:

 

“İki ay ərzində Ukrayna Azərbaycanlıları Radasında soydaşlarımıza yardım etmək məqsədilə fəaliyyət göstərən operativ qərargahımızda əlimizdən gələni etdik. Qalan həmvətənlilərimizə də təxliyyə həyata keçirilənədək kömək edəcəyik. Biz birlikdə güclüyük”.

 

 Qeyd edək ki, indiyədək Ukraynada 16847 nəfər koronavirusa yoluxub. Mövcud pandemiya səbəbi ilə ölkədə 456 nəfər dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal