Modern.az

Gəncə sakini bıçaqlandı

Gəncə sakini bıçaqlandı

Aktual

24 May 2020, 21:59

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Həsənov Zakir Müzakir oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Z.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi