Modern.az

Abramoviç “Qışqırıq” tablosunu 120 milyon dollara aldı

Abramoviç “Qışqırıq” tablosunu 120 milyon dollara aldı

Aktual

8 İyun 2020, 12:57

Rusiyalı oliqarx Roman Abramoviç norveçli ekpressionist rəssam Edvard Munkanın “Qışqırıq” əsərini 120 milyon dollara alıb.

Modern.az xəbər verir ki, Edvard Munka “Qışqırıq” silislə rəsm əsərlərini 1893-1910-cu illər aralığında çəkib. Dörd oxşar tablodan ibarət əsərdə rəssam qırmızılı-narıncı səmanın fonunda dayanmış qışqıran adam fiquru təsvir edib. Bu tablolar ekspressionizmin rəmzi və XX əsr incəsənətinin əsas əsərlərindən biri sayılır.

Milyarder bu tablolardan yalnız birini – şəxsi kolleksiyada saxlanılan nümunəni alıb. Bu variant pastel vasitəsilə çəkilib. 2012-ci ilin mayında bu nümunə ilk dəfə olaraq şəxsi kolleksiyaya düşür. Onu amerikalı investor Leon Blek “Sotheby’s” hərracından elə 120 milyon dollara alır. Dolların indiki kursunu nəzərə aldıqda amerikalı investorun ziyana düşmədiyi görünür. Bundan sonra Abramoviçin kolleksiyasında saxlanılacaq əsər dünyanın ən bahalı 10 rəsm siyahısına daxildir.            

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI