"“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istiqamətlər üzrə uçuşlara bilet satışını bərpa etməyib. Yayılan məlumatlar doğru deyil”.
Bunu Modern.az-a açıqlamasında AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib. Qurum rəsmisi bildirib ki, hər şey Operativ Qərargahdan asılıdır:
“Sadəcə olaraq pandemiya qaydalarını nəzərə alaraq sentyabra kimi biletlərin satışı dayandırılıb. Növbəti atacağımız addımlar Nazirlər Kabineti yanında Operativ Qərargahdan asılıdır. Hazırda vəziyyəti nəzərə alaraq biletlərin satışı sentyabrın 1-nə qədər dayandırılıb”.
Qeyd edək ki, mətbuat səhifələrində aviaşirkətin internet səhifəsinə istinadən aviabiletlərin sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satıldığı bildirilib.
Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.