Modern.az

İranda toyda 40 nəfər koronavirusa yoluxdu

İranda toyda 40 nəfər koronavirusa yoluxdu

10 İyun 2020, 12:35

İranda toyda iştirak edənlərdə koronavirus aşkarlanıb.

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə Çaharmahal-Bəxtiyari əyalətinin Ərdəl rayonunda baş verib.

 

Toyda iştirak edən 118 nəfərdən koronavirus testi götürülüb. Onların 40-nın testi pozitiv çıxıb.

 

Toy və yas mərasimlərinin koronavirusa kütləvi yoluxmaya səbəb olacağına görə sözügedən rayonda bu tip tədbirlər təşkil edənlər barədə qanuni tədbir görüləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et