Modern.az

Astarada qardaş qardaşı güllələdi  

Astarada qardaş qardaşı güllələdi  

Aktual

15 İyun 2020, 14:03

Astarada qardaşını güllələyən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

 

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!