Türkiyədə son sutka ərzində daha 17 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 842 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 467-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 181 298 nəfərə çatıb. Müalicə olunan 1 015 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 153 379 nəfər koronavirusdan müalicə olunub".