Modern.az

Deputat Azərbaycanla Ermənistanın koronavirus göstəricilərini müqayisə etdi

Deputat Azərbaycanla Ermənistanın koronavirus göstəricilərini müqayisə etdi

18 İyun 2020, 11:19

Ermənistanda koronavirusa yoluxanların sayı Azərbaycan və Gürcüstanın birgə sayından daha çoxdur.

Hazırda dünya üzrə koronavirus (COVİD-19) pandemiyasının təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri onunla mübarizə aparmaqda böyük çətinliklərlə qarşılaşır. İnkişaf etmiş ölkələrin demək olar hamısı artıq etiraf edir ki, pandemiya ilə mübarizə onların milli iqtisadiyyatlarını iflic vəziyyətinə salıb. Maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran nəinki 2008-2009-cu illərin böhranından daha da ağır olacaq, hətta onun mənfi nəticələri 2-ci dünya müharibəsi ilə müqayisə oluna biləcəkdir. Bu baxımdan qonşumuz olan Ermənistan dövlətinin hazırda düşdüyü sosial-iqtisadi vəziyyət özünün bədbin statistikası ilə diqqəti cəlb edir.

 

Rəqəmlərə müraciət edək. Azərbaycan əhalisi artıq 10 milyondan artıq saydadır, Ermənistan əhalisi təxminən 2.9 milyon nəfərdir. Azərbaycanda koronavirusa yoluxmanın ümumi sayı 10 mindən bir az artıq olduğu halda, Ermənistanda isə 18 mindən çoxdur. Bu ümumilikdə Azərbaycan və Gürcüstandakı yoluxma sayından daha artıqdır. Azərbaycanda aparılmış ümumi test sayı 400.000-ə yaxınlaşır. Ermənistanda indiyədək cəmi 87.000-dək test aparılıb. Son günlərdə yoluxmaların sayına görə Ermənistan yenə də üst sıralarda yer alır, ekspertlər gündəlik yoluxmaların sayının 500-700 nəfər olduğunu bildirirlər. Pandemiyaya qarşı Azərbaycan dövləti 3.5 milyard manat məbləğində büdcə ayırdığı zaman Ermənistan dövləti cəmi 300 milyon dollar həcmində vəsait xərcləmək imkanına malik olduğunu bildirib.

Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı qonşu dövlətdən dəfələrlə çoxdur. Bu rəqəm özünü ambulatoriya-poliklinika müəssisələrinin, infeksion xəstələr üçün çarpayıların, həkim və tibbi işçilərinin sayında özünü biruzə verir.

 

Azərbaycan dövləti pandemiya dövründə ÜST daxil olmaqla dünyanın 30 ölkəsinə yardım etdi, ölkə daxilində əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atdı. Pandemiya dövründə Ermənistanda pandemiya dövründə indiyədək 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsildı.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa qarşı “koronavirus kimin itidir?,” “maska taxmağa ehtiyac yoxdur,” kimi məsuliyyətsiz ifadələr işlətdiyi vaxtlardan çox keçməmiş, bu günlərdə “ölkədə xəstəlik simptomlarını büruzə verməyən minlərlə xəstə var”, “səhiyyə sistemi bunun öhdəsində gələ bilməyəcək, ağır vəziyyətdə olan xəstələrin sağlamlığı təhlükə ilə qarşılaşacaq, xəstəxanalarda yer olmayacaq”, “dövlətin sosial-iqtisadi problemləri həll emək imkanları azdır” kimi bədbin proqnozlar verir. Bu isə ölkədə onsuz da gərgin olan siyası vəziyyətin daha da kəskinləşməsinə səbəb olub. Ermənistanın müxalif partiyaları, KİV, ayrı-ayrı ekspert qrupları artıq Baş nazir Nikol Paşinyanı hədəf olaraq seçib və ölkənin düşdüyü sosial-iqtisadi vəziyyətin məsuliyyətini birbaşa olaraq onda görür, dövlət mexanizmində kollektiv qərar ala bilmək qabiliyyətinin olmamasında onu günahlandırırlar. Belə olduğu halda ekspertlər yaxın gələcəkdə Paşinyanın siyasi məsuliyyəti Baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcəyini proqnoz verirlər. Belə vəziyyətdə Ermənistan hökumətində mərkəzdənqaçma meyllərinin güclənəcəyi qaçılmaz olacaqdır.

 

Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan 14 günlük karantinin Ermənistan iqtisadiyyatına 700 milyon dollara başa gələcəyini, belə halda iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacağını proqnozlaşdırır. Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Yenidən iki həftəlik karantin tədbirləri alınarsa və pandemiyanın qarşısı alınmadığı təqdirdə karantin uzadılarsa, ölkənin zərəri ikiyə qatlanacaq-yəni 1milyard 400 milyon dollar olacaq-deyə Yeqizaryan bildirib.

Vəziyyət o yerə çatıb ki, 1993-1996-cı illərdə Baş nazir olmuş Hrant Baqratyan Ermənistanda koronavirusun geniş yayıldığı dövrdə televiziya kanallarının birində verdiyi müsahibədə “mən Əliyevin yerində olsam 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm”B ifadəsini işlədib və bu erməni ictimai rəyində ciddi narazılığa səbəb olub.

 

Vəziyyətin belə hal alması, sosial-iqtisadi, siyası böhranın qaçılmaz olduğu bir şəraitdə Ermənistan dövlətinin adekvat addımlar ata biləcəyi ciddi şübhə doğurur.

 

 

Milli Məclisin deputatı Əminə Ağazadə

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi