Bakıda yaranan internet probleminin səbəbi məlum olub.
"Bakı Telefon Rabitəsi" MMC-dən (Baktelecom) Modern.az-a verilən məlumata görə qurumun tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır. Nəticədə bəzi Baktelecom abunəçilərinin internet xidməti ilə təminatı fasilə meydana gəlmişdir. Hazırda texniki heyət tərəfindən yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.
Abunəçilərdən internet xidmətinin göstərilməsində yaranmış fasilələri nəzərə almaları xahiş olunur.
***
Bakının əksər hissəsində internet problemi yaranıb. İnternet kəsintisi ilə bağlı sosial şəbəkə istifadəçiləri narazılıqlar edib.
Modern.az problemin səbəblərini dəqiqləşdirmək üçüm "Bakı Telefon Rabitəsi" MMC-nin əbindən 3 saata yax155 çağrı mərkəzi ilə əlaqə saxlayıb.
Mərkəzdən bildirilib ki, texniki problem səbəbindən əksər abonentlərə internet verilmir: "Hazırda problemin aradan qaldırılması üçün iş aparılır. Amma internet verilməsinin nə zaman bərpa olunacağı bilinmir"