"Türk Hava Yolları" aviaşirkəti (THY) iyul ayında xarici ölkələrə uçuşları bərpa edəcək.
Modern.az xəbər verir ki, aviaşirkət 123 beynəlxalq istiqamət, o cümlədən, Rusiyaya səfərlər həyata keçirəcək.
THY iyulun 16-dan etibarən Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərinə uçuşları yerinə yetirəcək.