Modern.az

ADU-da Çinə həsr olunan onlayn seminar keçirildi

ADU-da Çinə həsr olunan onlayn seminar keçirildi

24 İyun 2020, 11:30

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi "Duan-u" bayramına həsr olunmuş poetik onlayn seminar təşkil edib. 

 

ADU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə həsr olunub.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının yüksək insani hisslər və həyəcanlarla dolu unikal fəlsəfəsindən danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın "Azərbaycan",  "Çin səddi”, "Ay", “Bu sevgidir"   şeirlərini Çin dilində söyləyib.

 

ADU tələbələrinin ifasında Tsui Yuanın əsərlərindən - “Sürgünün kədəri”, “Chu xətləri”, “Səma inciləri” və “Doqquz melodiyalar”  poemalarından parçalar səsləndirilib.

 

Seminarın sonunda Konfutsi İnstitutunun müəllimi Fan Tszyaxao ənənəvi bayram yeməyi olan “tszuntszı”- qamış yarpaqlarına bükülmüş yapışqan düyünün hazırlanmasına həsr olunmuş kulinariya üzrə ustad dərsi keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et