Modern.az

Tarixin ən yaxşısı 33 yaşında

Tarixin ən yaxşısı 33 yaşında

24 İyun 2020, 13:48

Bu gün "Barselona" və Argentina millisinin kapitanı Lionel Messinin 33 yaşı tamam olur.

 

Modern.az futbol tarixinin ən yaxşısı adlandırılan Messinin doğum günündə onun əldə etdiyi ən böyük nailiyyətləri oxuculara təqdim edir:


Ən çox "Qızıl top" mükafatı: 6
Ən çox Liqa qolları: 440
Bir mövsümdə ən çox Liqa qolları: 50 (2011/12)
Bir təqvim ilində ən çox qol: 91 
Ən çox Liqa het-trikləri: 36
Ən çox "Qızıl buts" mükafatı: 6

Messi həmçinin UEFA klub yarışlarında 100-dən çox qol vuran iki oyunçudan biridir.

 

O, milli komandada 70, "Barselona" forması ilə isə 629 qol vurub.

İndi Messinin 700-cü qoldan cəmi bir qol ayırır.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et