Modern.az

Moskvada koronavirusdan ölənlərin sayı 3 694-ə çatıb

Moskvada koronavirusdan ölənlərin sayı 3 694-ə çatıb

26 İyun 2020, 00:33

Rusiya paytaxtında koronavirusa yoluxanların sayı artıb.

 

Modern.az  xəbər verir ki, bu gün  Moskvada  COVİD-19-dan 25 nəfər dünyasını dəyişib.


Məlumata görə, bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3 694-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 613 994 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 7 113 nəfər bu virusa yoluxub, 92 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 8 605 nəfərdir, indiyədək 375 164 nəfər sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et