Modern.az

26 iyun vətən və xalq uğrunda tarix yazanların günüdür

26 iyun vətən və xalq uğrunda tarix yazanların günüdür

Aktual

26 İyun 2020, 10:52

Bu gün Azərbaycanın tarixində ən əlamətdar günlərdən biridir.

 

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü vətən, xalq uğrunda tarix yazanların günüdür.

 

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub.

 

Hər birimiz bilirik ki, ordusu olan dövlət güclü və kimsələrdən asılı olmur. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır.

 

Bu gün Azərbaycan ordusu Qafqazda həm də söz sahibidir. Ən son silahlarla təchiz olunan ordumuz işğalçı Ermənistanı hər an susdurmaq gücünə sahibdir. Atəşkəs dövründə belə ordumuz gücünü bütün dünyaya göstərə bilib.

 

2016-cı ilin 4 günlük aprel savaşı dediklərimizə əyani sübutdur. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi. Bu kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər.

 

Həmçinin ölkəmiz MDB dövlətləri arasında   hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Bu da düşmən ölkəni çox qorxudur. Çünki, erməni separatçıları anlayırlar ki, növbəti müharibə aprel savaşına bənzəməyəcək.

 

Bu gün müstəqil Azərbaycanın ordusu qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

 

Ordu dövlətin dayağıdır. O dayaq nə qədər möhkəm, nə qədər güclü olarsa, dövlət də, xalq da bütöv olar. Ordusu olmayan dövlət müstəqil siyasət də həyata keçirə bilməz.

 

Tarixdən də bilirik ki, bütün diplomatik danışıqların arxasında güclü və çevik ordu dayanır. Müasir dünyamız isə tamam fərqlidir. Mütləq formada hər bir dövlət güclü orduya sahib olmağa çalışır. Məhz o dövlətlər arasında Azərbaycan ordusu öndədir.

 

Bu gün gənclərimiz ordu sıralarında xidmət etməyə can atır. Heç kim ordudan yayınmağa cəhd etmir. Çünki Azərbaycan ordusunun gücü və artan inkişafı gənclərimizdə ruh yüksəkliyi yaradır.

 

Bir gerçəkliyi də unutmayaq. Bu gün Azərbaycan ordusunun adını qürurla çəkə bilərik. Çünki qarşımızda 1990-cı illərdə olan özünümüdafiə dəstələrindən deyil, nizamlı və müasir silahlarla təmin edilmiş Azərbaycan ordusu dayanır.

 

Eşq olsun, Azərbaycan Silahlı Qüvvələrinə!

 

Milli Məclisin deputatı Məşhur Məmmədov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu