Gürcüstandan daha 5 Azərbaycan vətəndaşı Vətənə təxliyə olunur.
Bu barədə Modern.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır.
Azərbaycan ərazisinə daxil olan olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq.