Deyir, ehtiyat igidin yaraşığıdır. Koronavirus pandemiyası sübut elədiki, ehtiyatlı olmaq yaraşıq məsələsi yox, təhlükəsizlik məsələsidir, tale məsələsidir.Bu bəladan az itkiylə çıxmaq üçün hər kəs əlindən gələni, bacardığını eləməyə borcludur.
Mən də məmuniyyətlə həmkarımız İradə İbrahimovanın "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatına qoşuluram. Bu təşəbbüsü alqışlayıram. Hər bir media təmsilçisi dövlətin apardığı mübarizə tədbirlərinə dəstək olmalı, öz auditoriyasına durumun ciddiliyindən xəbər verməlidir. Maarifləndirmə işləri aparılmalıdırki, vətəndaşlar özünüqoruma vasitələrindən istifadə etməyi vərdişə çevirsinlər.
Bu təşəbbüsün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova tərəfindən irəli sürülməyi bəlkə də təsadüfi deyil. Burda fəlsəfi məna da var. Həyatıımızın ekologiyasını qoruyaq, taleyimizin təbii sərvəti olan ömrün illərini qoruyaq. Özümüzü qoruyaq, yaxınlarımızı xilas edək.
Mübariz Əsgərov
Əməkdar jurnalist