Modern.az

Niderlandda orijinal ofis binası tikildi

Niderlandda orijinal ofis binası tikildi

28 İyun 2020, 11:39

Niderlandın ehtiyat hissələri istehsalı ilə məşğul olan “ForTop Zwartsluis” şirkəti üçün rahat ofis binası inşa olunub.

 

Modern.az xəbər verir ki, memar Arno Olenin layihəsi əsasında tikilən bina həm ofis, həm də şirkətin anbarı kimi istifadə edilir. Ənənəvi ofislərdən fərqli olaraq, binanın damı “dişvari” üslubdadır. Bu “diş”lərin bir tərəfi şüşə ilə örtülüb ki, onun da hesabına içəri kifayət qədər işıq düşür.

 

Memarın fikrincə, layihənin mühəndis həlli nəticəsində iş yerləri daha rahat olmaqla, şirkət həmçinin enerjiyə də qənaət etmiş olur.

 

Ümumi sahəsi 640 kvadratmetr olan binanın tikintisində davamlı materiallardan istifadə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et