Modern.az

ÜST-ün Azərbaycan nümayəndəliyi: “5G mobil şəbəkələri COVID-19-u yaymır”  

ÜST-ün Azərbaycan nümayəndəliyi: “5G mobil şəbəkələri COVID-19-u yaymır”  

28 İyun 2020, 13:58

Virus radiodalğalar, mobil şəbəkələr vasitəsi ilə yayıla bilmir.

 

Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, COVİD-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

 

ÜST-nin Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, COVİD-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsi ilə yayılır: “Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et