Modern.az

“Karib dənizi quldurları” filminin qadın variantı çəkiləcək

“Karib dənizi quldurları” filminin qadın variantı çəkiləcək

28 İyun 2020, 17:51

“Walt Disney Pictures” şirkəti məşhur “Karib dənizi quldurları” kinofrançayzingini yenidən – aktyor Conni Deppin iştirakı olmadan istehsal etmək niyyətindədir.

Modern.az xəbər verir ki, filmin yeni variantında baş qəhrəman qadın olacaq. C.Deppi avstraliyalı aktrisa Marqo Robbi əvəz edəcək. Ssenarinin yazılması isə Kristina Hodsona həvalə olunub. Verilən məlumatlara görə nə süjetin, nə də personajların filmin keçmiş seriyaları ilə heç bir  bağlılığı olmayacaq.

Pararlel olaraq, silsilə filmin daha bir variantı üzərində iş gedir. Bu filmin ssenarisini isə Kreyq Mazin (“Çernobıl” serialının müəllifi) və Tedd Elliot (“Karib dənizi quldurları”nın lik seriyalarının müəllifi) qələmə alır.   

“Karib dənizi quldurları” kino tarixində ən uğurlu kinofrançayzing hesab olunur. Beş filmin ümumi kassa yığımı 4,5 milyard dolları keçir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et